Azərbaycanda COVİD-19 ilə bağlı qorxulu artım: Yoluxanların sayı 1300-ə yaxınlaşır
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azia.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib, aktiv xəstə sayı 10 882 nəfərdir.