azia.az
azia.az

Qarpızdakı təhlükəyə DİQQƏT - Belə görünürsə yeməyin!

21-06-2021, 11:56


Yay aylarının ən çox yeyilən tərəvəzlərindən biri qarpızdır. Bir çox insan ləzzətli qarpızı tapmaqda çətinlik çəkir. Ümumiyyətlə qarpız alarkən diqqətli olmaq lazımdır.

Qarpızdakı təhlükəyə DİQQƏT - Belə görünürsə yeməyin!
Bəs yaxşı qarpızı necə seçək?


Azia.az həmin araşdırmanı təqdim edir:


Qarpızın içərisindəki çatlar nə deməkdir?

Bu çatlar forxlorfenuron adlı böyüməni artıran kimyəvinin nəticəsində yaranır. ABŞ kimi bəzi ölkələrdə rəsmi qaydada təsdiqlənmiş maddələrdən biridir. Aparılan araşdırmalara görə, insanlar və heyvanlar üzərində əks təsirləri olmayıb.

Lakin bəzi iddialara görə, forxlorfenuron adlı böyümə hormonu xərçəngə yol açması ilə yanaşı bir sıra nevroloji təhlükələr də yaradır. Yəni beyin üçün çox zərərlidir.


Təzə və yetişmiş kimi görünən qarpız dişlədiyiniz zaman dad hiss etmirsinizsə, forxlorfenuron və ya bənzər bir hormona məruz qalmış ola bilər. Çünki vaxtından əvvəl yetişən meyvə öz aromasını inkişaf etdirmədən yığılır.


Bu hormon meyvənin suyuna da təsir edir. Meyvə zamanından əvvəl yetişdiyi üçün tərkibində yetəri miqdarda maye olmur.

Forxlorfenuron hormonu meyvəni o qədər tez yetişdirir ki, qarpızın sevdiyimiz qırmızı rəngi tam olaraq yaranmır. Canlı və parlaq görünən qabığın altından çıxan bəyaza çalan qırmızı təəssüf ki, böyümə hormonunun əlamətidir. Eyni zamanda belə qarpızın tumları incə və bəyaz rəngli olur./Medicina.az /


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi