Oqtay Şirəliyev qərar verdi
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.
“Azia.azt” xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Kollegiyasının sədri Oqtay Şirəliyev qərar qəbul edib.
Qərara əsasən, siyahıya “Zolgensma” dərmanı da əlavə edilib. Bununla da siyahıda qeyd olunan dərman vasitələrinin sayı 108-ə çatıb. Həmin dərman vasitəsi ABŞ-a şirkətinə məxsusdur.