azia.az
azia.az

Dünən Azərbaycanda koronavirusdan ölənlərin ikisi bacı - qardaş olub – Qohumları danışdı

4-06-2020, 13:38

Dünən Azərbaycanda koronavirusdan ölənlərin ikisi bacı - qardaş olub – Qohumları danışdı
İyunun 2-si Azərbaycanda növbəti rekord koronavirusa yoluxma qeydə alındı. 273 nəfərdə virus aşkarlanıb, 3 nəfər isə həyatını itirib.

Medicina.az-a daxil olan məlumata görə, ölən 3 nəfərdən ikisi bacı-qardaş olub. 1954 və 1956-cı il təvəllüdlü xəstələr eyni gündə həyatını itirən bir ailənin üzvüdürlər.
Dünən Azərbaycanda koronavirusdan ölənlərin ikisi bacı - qardaş olub – Qohumları danışdı
Həmin ailədən yoluxan digər qardaş da ağır vəziyyətdə, komadadır. Onun həm şəkəri var, həm də ürək problemi var. Həkimlər vəziyyətini çox ağır qiymətləndirib.
Bu qardaşın gənc oğlu da koronavirusa yoluxub, o da karantindədir, amma ağır deyil.

Ailənin yaxınlarının saytımıza açıqlamasına görə, vəfat edənlər əslən Füzuli rayonundan olub, Bakıda yaşayıblar

Belə ki, onlar bu ay analarının il mərasimini keçiriblər, evə gələn yaxınlar, qohumlar çox olub. Onlara baş çəkən qohum qadından biri koronavirusa yoluxmuş olub. O, hətta koronavirus analizi verib. Amma evdə qalmayaraq, yasa gəlib.
Yas mərasimindən sonra əvvəl qardaş, daha sonra bacıda ağır qızdırma, öskürək simptomları başlayıb.

Təəssüf ki, onlar koronavirusdan gec şübhələnərək, evdə müalicəyə üstünlük verib, yalnız ağır pnevmoniya başlayanda təcili yardıma məlumat veriblər.

Əvvəlcə koronavirus cavabına inanmayıb, özləri də ayrı-ayrı yerlərdə analizlər verdirib və özəl həkimlərlə məsləhətləşiblər. Amma diaqnoz təsdiqlənib.

Vəfat edənlərin qohumları koronavirusa bu vaxta kimi inanmadıqlarını və virusun onlara yoluxmayacağına əmin olduqlarından ciddi yanaşmırdılar. Rəhmətə gedənlər özləri də koronavirusdan qorunma tədbirlərinə əhəmiyyət verməyiblər. Amma indi hər kəs qorxur və xəstəliyin onları haqlamasına inanır.

Ailənin qohumları belə hörmətli, sayılıb seçilən ailənin üzvlərinin bu xəstəlikdən ölməsinin və bu vəziyyətdə tez-tələsik dəfn edilməsini onlara yaraşdırmadığını deyiblər.


“Koronavirusdan ölüm el arasında bir söz var, çox “urvatsız” ölümdür. Xəstəxanadan birbaşa meyiti gətirib dəfn edirlər, nə evdən götürülür, nə cənazə namazı evdə qılınır, nə yuyulmasını ailə üzvləri görür, nə yas mərasimi normal təşkil olunur. Elə sanki qaçaraq, tələsik aparıb məzara atıb gedirlər. Ona görə də yaşlılarımızı qoruyaq. Gözümüzün qarşısında bir ailəni koronavirus məhv etdi. Həmin ailənin digər üzvləri pərən-pərən, hərə bir yerdə karantindədir. Ali məktəbə imtahan verəsi uşaqları var, onları imtahana buraxmayacaqlar. Bu dəhşətdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi