azia.az
azia.az

Azərbaycanda bu müğənnilər həbs edilə bilər - RƏSMİ AÇIQLAMA

18-05-2017, 18:31

Azərbaycanda bu müğənnilər həbs edilə bilər - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkədə tez-tez müğənnilərin, tanınmış simaların sükan arxasında "selfie" çəkdiyinin şahidi olmuşuq. Məhz bu səbəbdən məşhurların zaman-zaman qəza törətməsi qaçınılmaz olub.

Bu haqda Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a maraqlı açıqlamalar verib:

“Sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət var. Belə hadisələrə rast gələndə sürücünü inzibati məsuliyyətə cəlb edirik. "Yol hərəkəti haqqında" Qanunda törədilən xətaların internet vasitəsi ilə sosial şəbəkələrdə yayımlanması inzibati araşdırma aparılmasına əsas verir və bunu törədənlər inzibati məsuliyyətə cəlb olunur.

Sükan arxasında məşhurlar belə olsa, xəta törədib sosial şəbəkədə yayırlarsa, onlar barəsində tədbir görməyə əsas yaranır. İnzibati həbs belə ola bilər. Cərimənin rüsumu isə sürücünün pozduğu qanuna əsasən müəyyənləşdirilir. Tutaq ki, kimsə telefonla danışır, həm də özünü videoya çəkib sosial şəbəkədə paylaşırsa, həmin şəxs 50 manat miqdarında cərimə olunur”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi