Sosial şəbəkələrdə öz ifası ilə məhşurlaşmış Pərvin Səfərova Mədəniyyət və Turizm Nazirliyinin Biləsuvar regional nümayəndəliyində iş təklifinin ardıncan daha bir uğurlu təklif gəlib.
Ən böyük arzusunun musiqi təhsili almaq olduğunu deyən Pərvinə Azərbaycan Milli Konservatoriyasından Anar adlı şəxs zəng edib.
Ona deyiblər ki, müsahibəsində təhsil almaq istədiyini bildirdiyi üçün ona bu sahədə yardım edəcəklər. Pərvinin təhsil alması ilə Konservatoriyanın rektoru Siyavuş Kərimlinin maraqlandığı deyilib.
///İstipress