azia.az
azia.az

“Oskar” mükafatlarına namizədlər açıqlandı

9-02-2022, 09:20

Dünyanın ən nüfuzlu kino mükafatları sayılan “Oskar”a namizədlərin adları açıqlanıb.
“Oskar” mükafatlarına namizədlər açıqlandı
2022-ci il üzrə “Ən yaxşı film” nominasiyasında “Belfast”, “CODA”, “Yuxarı baxmayın”, “Avtomobilimi sür”, “Düna”, “Kral Riçard”, “Biyan pitsası”, “Qorxu xiyabanı”, “İtin gücü”, “Uestsayd hekayəsi” filmləri namizəd olaraq irəli sürülüb.

Həmçinin, bu il “Ən yaxşı rejissor” adı uğrunda Kennet Brana (“Belfast”), Ryüsuke Hamaquçi (“Avtomobilimi sür”), Pol Tomas Anderson (“Biyan pitsası”), Ceyn Kampion (“İtin gücü”) və Stiven Spilberq (“Uestsayd hekayəsi”) mübarizə aparacaq.

“Ən yaxşı aktyor” nominasiyasında Xavyer Bardem, Endrü Qarfild, Uill Smit, Benedikt Kamberbetç, Denzel Vaşinqton, “Ən yaxşı aktrisa” adı uğrunda isə Cessika Çesteyn, Oliviya Kolman, Penelopa Kruz, Nikol Kidman, Kirsten Styuart yarışacaq.

Qeyd edək ki, “Oskar” mükafatlarının 94-cü təqdimetmə mərasimi martın 27-də baş tutacaq.//Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi