azia.az
azia.az

Şəhid və qazi övladlarının rəsmləri xaricdə sərgilənəcək

25-10-2021, 10:23

Şəhid və qazi övladlarının rəsmləri xaricdə sərgilənəcək
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən Azərbaycanın dünyada daha geniş miqyasda tanıdılması və Azərbaycan dövlətinin apardığı uğurlu və humanist siyasətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən “Dünya Qarabağ qazilərinin və şəhid övladlarının gözü ilə“ adlı layihəyə start verilmişdir. Bu haqda "Azerforum.com"a Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından məlumat verilib.
Layihənin Fransadakı koordinatoru Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse–prezidenti Aytən Muradova, Azərbaycanın Əməkdar rəssamı, dosent, Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova, Bakı şəhərində isə layihənin koordinatoru 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri incəsənət“ dərnəyinin rəhbəri, Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva olmuşlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı İlə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bu layihəyə qoşulmuşdur. Layihənin Bakı şəhərində həyata kecirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, idarənin baş məsləhətcisi Afiq Əzizov, mərkəzin direktoru Könül Mustafayeva “Qəhrəman ataların istedadlı övladları” adlı tədbirin keçirilməsinə nəzarət və rəhbərlik etmişlər. Mərkəzin dərnək rəhbərləri - Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva, mərkəzin xoreoqrafı Natella Həsənova, mərkəzin şöbə müdiri Sevda Cəlilova şəhid və qazi övladlarının yaradıcılıq qabiliyyətlərinin inkişafı üzrə master klasslar və məşğələlər təşkil edərək onlarla müxtəlif rəqs nömrələri və bədii kompozisiyalar hazırlamış, Azərbaycanı əks etdirəcək rəsmlər çəkmişlər. Çəkilən rəsmlər dünyanın müxtəlif sərgi salonlarında sərgilənəcəkdir. Layihədə iştirak edən şəhid övladlarının siyahısı : 1. Abdullazadə Rüqayyə Rəşad qızı 2. Allahverdiyev Bəxtiyar Babək oğlu 3. Bağışzadə Amin Seymur oğlu 4. Əliyeva Xuşi Fəzail qızı 5. Həsənzadə Melisa Tofiq qızı 6. İşiyev Mehdi Rəfail oğlu 7. İşiyev Hüseyn Rəfail oğlu 8. Qənbərov Nurlan Mehman oğlu 9. Məmmədov Asim Rasim oğlu 10. Musayeva Arzu Sədi qızı 11. Musayev Süleyman Sədi oğlu 12. Novruzlu Nuray Mirzə qızı 13. Novruzlu Nihad Mirzə oğlu 14. Sadıqlı Yaşar Vüqar oğlu 15. Sadıqova Nərgiz Vüqar qızı 16. Sadıqova Zeynəb Vüqar qızı

Start verilən layihəyə 2 noyabr 2021-ci il tarixində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində şəhid övladlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Qəhrəman ataların istedadlı övladları“ adlı sərgi və ədəbi-bədii kompozisiya ilə yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi