azia.az
azia.az

Mina Hüseyn: “Əylənilən yox, evlənilən qadın olmaq istəyirəm”

8-06-2020, 18:14

Mina Hüseyn: “Əylənilən yox, evlənilən qadın olmaq istəyirəm”

“27 yaşım var. Ailə qurmaq barədə hələ düşünmürəm. İndi oğlanlar evlənməyi yox, əylənməyi daha üstün tuturlar. Onlar daha çox gəzmək, gün keçirmək istəyirlər. Evlənmək isə istəmirlər. Bu səbəbdən heç bir oğlanı yaxınıma buraxmıram”.

Azia.Az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “ARB” telekanalında yayımlanan “Hüseynova bacıları” axşam şousunda qonaq olarkən deyib.

O, ailə qurmaq istəməməsinin səbəbləri barədə danışaraq, etirafları ilə aparıcıları təəccübləndirib:

“Əyləniləcək yox, evləniləcək qadın olmaq istəyirəm. Hələ də gözləyirəm. İki qardaşım var. Onlar ailəlidirlər. Mən həm də baldızam. Anam mənə deyir ki, ailə qurmağa tələsmə. O məni dəstəkləyir. Ərə gedib, boşanmaqdansa…. Mənimlə münasibət qurmağa çalışan o qədər bəy var ki, özüm istəmirəm. Düşünürəm, necə insan olduğuna baxıram. Görürəm ki, münasibətlərdə boşluq var. Başqa ölkələrdə ailə qurmaq istəyən cütlük öncə tanış olur, zaman keçirirlər, sonra ailə qurmağa qərar verirlər. Buna müsbət baxıram. Lakin istərdim ki, bu şeyləri evlənəndən sonra yaşayım. Bir-birimizi evlənəndən sonra tanıyaq. Romantik xanımam”.

Qeyd edək ki, Mina Hüseyn keçmiş “ANS TV”nin yetirməsidir. O, illər öncə sözügedən televiziyada “Dur oppan” mahnısı ilə tanınıb. Həmçinin, Mina məşhur estrada müğənnisi Elnarə Xəlilovanın xalası qızıdır. (Oxu.Az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi