Azia.az təqdim edir; Sevdiyi qadının meyitini qəbirdən çıxarıb 7 il onunla yaşadı. Almaniyada 1933-cü ildə baş verən dəhşətli hadisənin detalları məlum olub
Karl Tanzler adlı radioloq xəstəxanaya gətirilən Elena de Hoyos adlı xəstəyə aşiq olur. Amma qadın vərəm xəstəsi idi və Tanzlerin çılğın sevgisinə rəğmən başqa biri ilə evləndi və hamilə qaldı. Sonra qadının uşağı ana bətnində tələf oldu.
Elena sağ olduğu müddət ərzində Tanzlerin sevgisinə cavab verməyib və vərəm ucbatından 2 illik müalicənin axırında dünyasını dəyişib. Əsl sevgi hekayəsi isə bundan sonra başlayıb.
Qəbirstanlığa aparılan meyiti Tanzler qəbirdən çıxarıb evinə apardı. Hadisələr bundan sonra çox qəribə məcraya yönəldi. O, Elenanın meyitini bir kimyəvi məhlulda saxlayaraq çürüməsinin qarşısını almağa çalışdı. Elenanın bacısı 7 il sonra bundan xəbər tutdu və meyiti Tanzlerdən aldı. Bu vaxta qədər Tanzler meyit ilə birlikdə yaşayıb.
Bu müddət ərzində meyit yavaş-yavaş çürüdüyü üçün piano telləri ilə sümükləri birləşdirdi, gözlərinin yerinə şüşə göz qoydu, dərini ipək və mumla işlədi. Hətta qoxunun qarşısını almaq üçün də parfümdən istifadə etdi. Elenanın bacısı bu məsələdən xəbərdar oldu və polis Karlı həbs etdi.
O, azadlığa çıxdıqdan sonra Elenanın gəlinciyini hazırladı. Bundan başqa isə bir kitab yazaraq xatirələrindən bəhs etdi. ölkə.az