azia.az
azia.az

Həbsxananın gizli xəzinəsi üzə çıxdı: çar qızılları və səhmlər

Bu gün, 08:31

Rusiyanın bir istintaq təcridxanasında illərlə sahibsiz qalan əşyalar arasında gözlənilməz tapıntılar aşkarlanıb.

Musavat.com xəbər verir ki, Kurqan şəhərində yerləşən SİZO-1 rəhbərliyi keçmiş saxlanılan şəxslər tərəfindən geri götürülməyən əmlakın dövlətə verilməsi üçün müraciət edib. Həmin əşyaların ümumi dəyərinin təxminən 600 min rubl olduğu bildirilir.

Siyahıda xarici valyuta, zinət əşyaları, saatlar, çar Rusiyası dövrünə aid sikkələr, plastik kartlar, 1990-cı illərdən qalan səhmlər və hətta protez dişlər yer alıb.

Məlumata görə, bütün qiymətli əşyalar üzərində sahibinin adı göstərilən xüsusi zərflərdə saxlanılır. Lakin uzun müddət ərzində onların sahibləri və ya yaxınları əmlakı geri götürməyib.

Təcridxana rəhbərliyi məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə ərizəni baxılmamış saxlayıb. İndi əmlakın taleyi Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi tərəfindən həll ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi