Quşlar qadınlardan daha çox qorxurnuş
Şəhər mühitində yaşayan quşların davranışı ilə bağlı aparılan yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub.
Xəbər verilir ki, alimlər quşların qadınlara kişilərlə müqayisədə daha tez reaksiya verdiyini müəyyən ediblər.
Müşahidələrə əsasən, quşlar qadın onlara yaxınlaşanda orta hesabla təxminən 1 metr daha tez uçub uzaqlaşır. Bu fərq isə geyim, boy və ya davranış kimi amillərdən asılı deyil.
Tədqiqat beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Araşdırmada Federiko Morelli (Turin Universiteti) və Daniel Blumstein (UCLA) də iştirak edib. Onlar Avropanın 5 ölkəsində ümumilikdə 36 quş növünü müşahidə ediblər.
Alimlər bu fərqin səbəbləri ilə bağlı dəqiq nəticəyə gəlməyiblər. Ehtimal olunur ki, qoxu, yeriş və ya digər incə siqnallar quşların davranışına təsir göstərə bilər.