Qarnına qədər dekolteli paltarda-İNANILMAZ.../VİDEO
55 yaşlı məşhur aktrisa Cennifer Lopez, qızı Emme ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Aktrisa, qarnına qədər uzanan dərin sinə dekolteli qara libası və ağ, həcmli bir örtüyü ilə diqqət çəkib.
Saçları düzləşdirilmiş və axşam makiyajı edilmişdi. Kameralar qarşısında keçmiş həyat yoldaşı Mark Anthony-dən olan qızı Emme ilə birlikdə poz verib.
Xatırladaq ki, 2024-cü il avqustun 20-də bəzi KİV-lər Jennifer Lopezin Ben Affleck ilə boşanmaq üçün müraciət etdiyini xəbər vermişdi. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkil olmadan sənədlər təqdim etmişdi. Hollivud aktyoru ilə ayrılıq tarixi isə 26 aprel olaraq qeyd edilmişdi.
Bundan əvvəl Ben Affleck GQ jurnalına verdiyi müsahibədə Jennifer Lopez ilə boşanma səbəbləri haqqında ilk dəfə danışmışdı. Aktyor, müğənninin cütlükləri haqqında "Heç vaxt danışılmayan ən böyük sevgi hekayəsi" adlı sənədli filminin onların münasibətlərində "ciddi qırılma"ya səbəb olduğu barədə şayiələri təkzib etmişdi. Aktyor, həyat yoldaşını dəstəkləmək üçün filmdə çəkilməyə razılaşdığını və Cey Lo ilə həyatlarının nə qədər ictimai olmalı olduğu barədə həmişə razılığa gəlmədiklərini etiraf etmişdi.
Ayxan