azia.az
azia.az

Qadın kirpik yapışqanına görə gözünü itirdi - FOTO

19-12-2024, 09:43

ABŞ-ın Missuri ştatında yaşayan 26 yaşlı Keytlin Hamfri keyfiyyətsiz kirpik yapışqanından istifadə etdikdən sonra gözünü itirib.

Bakupost.az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

Qadının sözlərinə görə, hər şey sol gözünün küncünə kirpik yapışqanının bir damcısının düşməsi ilə başlayıb. O, güclü yanma hiss edib və təlimata uyğun olaraq gözünü bol su ilə yuyub. Hamfri, bu kosmetik məhsulu ilk dəfə istifadə etdiyi üçün vəziyyəti ciddi qəbul etməyib. Ancaq qızartı özü-özünə keçmədiyi üçün Hamfri həkimə müraciət edib. Həkim ona yapışqana qarşı allergiyası olduğunu bildirib və göz damcıları təyin edib.

Təyin olunmuş vasitə kömək etməyib, buna görə qadın yenidən həkimlərə müraciət edib. Hamfrinin sözlərinə görə, o, dəfələrlə xəstəxanaya getməsinə baxmayaraq, simptomlar arabir qayıdırdı və həkimlər vəziyyəti köklü şəkildə yaxşılaşdırmaq üçün heç bir tədbir görmürdülər.

Bir neçə ay sonra xəstə sol gözündə güclü təzyiq hiss edib və görməsi bulanıqlaşıb. Növbəti hkim müayinədən sonra ona narahatlıq üçün səbəb olmadığı bildirilib. Beləliklə, qadın bir neçə ay bu vəziyyətdə qalıb.

Bir gün Hamfri oyanıb və sol gözü ilə heç nə görmədiyini anlayıb. Yeni oftalmoloq qeyd edib ki, daimi infeksiyaya görə gözün buynuz qişası “demək olar ki, əriyib”. Həkimlər xəstənin görməsini xilas etmək üçün buynuz qişası nəql etməyə cəhd ediblər, lakin nəql uğursuz olub. Nəticədə, Hamfri göz almasını çıxartmaq qərarını qəbul edib.

Bundan sonra Missuri sakini göz implantasiyası əməliyyatı keçirib. İndi onu gözün süni olduğunu daha az hiss etdirəcək başqa əməliyyat gözləyir.

Lalə Novruz

Bakupost.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi