Müştəriləri arasında Nyu-Yorkun ən böyük milyarderlərinin də olduğu keçmiş dayə Stefani Kiser bu yaxınlarda kitab yazıb. Kitabın adı “Wanted: Uşağın şəxsi köməkçisi”dir.
Sfera.az bildirir ki, Stefani Kiser kitabda çox zənginlərin evlərində işlədiyi təcrübələri, o cümlədən işəgötürənlərin qəribə tələbləri barədə danışıb.
Cəmi 22 yaşında, bu yaxınlarda universitetdən məzun olan Stefani işlədiyi ilk ailəsinə heyran olub. Tezliklə o, Stiv Martin, Drew Barrymore və Robert De Nironun yanında məktəb tədbirlərinə getməyə alışıb. İşə davam etmək vaxtı gələndə sənayenin çox qəribə tərəflərini kəşf edib.
Məsələn, Stefani öz xatirələrində bu yaxınlarda uşaq dünyaya gətirən, lakin işinin çoxluğu səbəbindən körpəsini vaxtında əmizdirə bilməyən qadından yazır. O, dayənin körpəni əmizdirmək üçün laktasiyaya səbəb olan dərmanlar qəbul etməsini istəyib.
"Ana həm işdə olanda südü sağıb saxlamaq istəmirdi, həm də körpəsinin yalnız ana südü ilə qidalanmasını istəyirdi. Buna görə də o, süni laktasiya ilə rahat olan dayə axtarırdı. O, üzərində yeni təcrübə sınaqdan keçirəcəyi “kömək" tapacağını gözləyirdi”.
Stefani isə bu tələbi qanunsuz hesab edərək, rədd edib. O, qeyd edib ki, bu kimi qeyri-formal ev işləri ilə bağlı problem qanun vasitəsilə tənzimlənməlidir.
Başqa bir işəgötürən Stefanidən həyətində başqa avtomobil olmadığı üçün hər yerə “Porsche” ilə getməsini istəyib.
Stefani kitabda xanım Robertson adlandırdığı başqa bir müştəri, 9 milyon dollarlıq mənzildə yaşayan, yaşlı keçmiş CEO-nun həyat yoldaşıdır. O, öz həyat yoldaşına “göz və qulaq” olan dayə axtarıb.
“Frederik səhər saat 6:30-da oyanır. O, dişlərini fırçalamalı, çantasını yığmalı və dezodorant vurmalıdır. Aşpaz saat 7-də səhər yeməyi verir. Günlük digər bütün ehtiyacları isə dayə hazır edib, çantasına qoymalıdır”.
Onun vəzifələrinə həmçinin Frederikə lazım ola biləcək hər hansı geyim və ya tualet əşyaları sifariş etmək, işdənkənar fəaliyyətlərinə nəzarət etmək və axşam duş almasını yadına salmaq daxildir.
"Onu axşam saat 22-də dərhal yatızdıracaqsınız. O, yatmağa gedən kimi siz və mən onun gününü müzakirə etmək üçün danışmalıyıq. Onun əhval-ruhiyyəsi, hər hansı problemi, narahatlığı barədə mənə məlumat vermək üçün gün ərzində qeydlər aparmalısınız”.
Həmin ailə ilə tam iki il yaşadıqdan sonra növbəti ildə 90.000 dollar maaş və 25.000 dollar bonus təklif edilməsinə baxmayaraq, Stefani bu işdən imtina edib.
Daha bir dayəlik zamanı- hakim və onun germafob (Germofobiya mikrob qorxusudur. Bakteriyafob olaraq da bilinir) həyat yoldaşı ilə birlikdə yaşayıb. Stefanu, ailənin iki körpəsini xarici dünya ilə təmasdan qorumaq məcburiyyətində qalıb.
Soyunduqdan sonra paltarlar dərhal yuyulmalı idi. Uşaqlardan heç biri oyun meydançasına getməmişdi və üç yaşlı uşaq heç vaxt soyuqdəymə də olmamışdı. Onlar digər uşaqların mikroblarına məruz qalmamaq üçün xüsusi gimnastika dərsləri alıblar. Stefani səhər 6:30-da başlayıb 18:30-da bitən üç gün onlarla sınaq müddəti keçirib.
"Ana məndən mənzildən kənarda asqırmağımı xahiş edəndə mən ayrılmaq qərarına gəldim" - deyə Stefani yazır.
Onu həftə sonu üçün Hamptonda işləməyə dəvət edən ailə bir az daha ümidverici görünüb. Google axtarışında Stefani oxuyub ki, onun yeni müdiri cənab Boyston Nyu-Yorkun 105 milyarderindən biridir. Bununla belə, şərtlər əvvəlki işlərindən daha ağır olub: dörd gün ərzində 24 saatlıq növbələr.
Stefaninin kitabı oxuculardan yüksək rəylər alıb.
Hamptonsdakı son iş günü isə bardağı daşırdan son damla olub. Stefani və kiçik oğlan həyətdə oynayarkən, cənab Boyston gəlib oğlundan beş dəqiqəlik məsafədə olan yaxtasına getmək istəyib-istəmədiyini soruşub. Uşaq razılaşıb və ata işçiyə qolf arabasını sürməyi tapşırıb. Özü arabaya oturub, oğlunu da oturdub. Dayəyə isə təkbaşına yaxtaya gəlməyi və hətta onlar çatana qədər orada olmağı əmr edib.
“Təsəvvür edin, kişi qayıqda balıq tutmağa gedir, orada körpəsinə nəzarət etmək üçün dayə lazımdır. Amma dayə ayaqlarına əziyyət verib, qaçmalıdır. Təqribi 50 saniyə - 1 dəqiqə kök milyarderin və onun uşağının arxasınca qaçdıqda qərara gəldim ki, bu gün bu sahədə son iş günümdür”.
Xanım
Sfera.az