Bakıda gənc musiqiçilər maraqlı fləşmob keçiriblər.
Oxu.Az xəbər verir ki, qeyri-adi fləşmob Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında baş tutub.
Belə ki, musiqili fləşmob Füzulinin 520 illik yubileyinə həsr edilib. Fləşmob Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilib.
Açıq havada baş tutan qısamüddətli konsert şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Sözügedən videonu “HamamTimes” TV-ə istinadən sizə təqdim edirik: