azia.az
azia.az

4 ton qızıl xəzinə tapıldı - Dünya şokdadır

13-05-2022, 07:17


Polşada bir qrup xəzinə ovçusu Hitlerə aid olduğu deyilən 4 tonluq qızıl xəzinə tapıb.

4 ton qızıl xəzinə tapıldı - Dünya şokdadır
Xarici mediaya istinadən məlumata görə, Polşada özlərini “Silesian Bridge” adlandıran bir qrup xəzinə ovçusunun bir evin bağçasında qazıntı zamanı tapdıqları xəzinə icmasında səs-küyə səbəb olub.

Nasist əsgərinə məxsus gündəlik əsasında qazıntı işləri aparan xəzinə ovçuları qrupu, mövcud mənbələrə görə Hitlerə aid olduğu müəyyən edilən 4 tonluq qızıl xəzinə tapıblar.

Qrup lazımi yerlərdən rəsmi icazə aldıqdan sonra qazıntı işlərinə başlayıb.

Qazıntıda keçmiş nasist əsgərinin gündəliyindən istifadə edilib.

Qızılların 1939-cu ildə İkinci Dünya Müharibəsi zamanı Qırmızı Ordunun ələ keçirilməsinin qarşısını almaq üçün Hitlerin mühafizəçiləri tərəfindən yerin altına basdırıldığı öyrənilib.

Günlərlə aparılan qazıntılar nəticəsində 1,5 metr dərinlikdəki qızıl tapılıb.

Lakin, qızıl onu əhatə edən metalla birləşib.

Xəzinə ovçuları rəsmi icazədən sonra qızılların ayrılması prosesini həyata keçirəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi