azia.az
azia.az

Əkiz bacılar: Eyni vaxtda ərə getdilər, eyni gündə uşaqları oldu

6-02-2022, 09:28

ABŞ-ın Virciniya ştatından olan əkizlər eyni vaxtda ərə gediblər və iki saat fərqlə eyni gündə uşaq sahibi olublar.
Əkiz bacılar: Eyni vaxtda ərə getdilər, eyni gündə uşaqları oldu
Bildirilir ki, 34 yaşlı Reyçel və Kim Sonders gələcək həyat yoldaşları ilə 2017-ci ildə əkizlərə həsr olunmuş festivalda tanış olublar. Tanışlıqdan altı ay sonra hər iki bacı nişanlanıb və 2018-ci ildə amerikalılar bir yerdə toy ediblər.

2020-ci ilin avqustunda Sonders bacıları hamiləlikdən xəbər tutublar. Doqquz aydan sonra onlar birlikdə eyni doğum evinə doğuş etməyə gediblər. Onlar deyiblər ki, do\uş sancıları arasında kart oynayıblar. Nəticədə əkiz bacılar eyni gündə bir neçə saatlıq fərqlə oğlan uşaqları dünyaya gətirib. İndi oğlanlar da birlikdə çox vaxt keçirirlər. lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi