azia.az
azia.az

Bədbəxtliyinizin səbəbi hamımızın evində olan bu 7 əşyadır - Onlardan dərhal yaxa qurtarmalısınız!

3-02-2022, 09:41

Bədbəxtliyinizin səbəbi hamımızın evində olan bu 7 əşyadır - Onlardan dərhal yaxa qurtarmalısınız!
İnsan həyatının müəyyən mərhələsində qəfildən ömürdən sanki bir qara zolaq keçir.Bütün bədbəxtliklər sizi tapır sankı...

Hər şey əldən çıxır., işlər pis gedir, əhval-ruhiyyə də parıldamır. İnsanlar bunun səbəbini axtarır, bu uğursuzluğun nədən baş verdiyini anlamağa çalışırlar. Çavab var! Ola bilər ki, insanlar öz əlləri ilə özlərini neqativ əşyalarla əhatələyirlər. Bu isə istər-istəməz xaosa gətirib çıxarır. Day.Az-ın məlumatına görə SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, harmoniyanı bərpa etmək üçün bu 7 əşyadan imtina etmək lazımdır:

Evdə lazımsız əşyalar

Hədiyyələr və suvenirlər

Söhbət müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvası, hətta balıqqulağı. Əgər siz təbii gülləri sevirsinizsə, onların solmamasına diqqət edin. Balıqqulaqlarının vaxtaşırı təmizlənməsi lazımdır. Bu, pis auranın yaratdığı problemlərdən qaçmaq üçündür.

Əskilər

Əski etmək üçün evdə lazımsız parçalar saxlamayın. Bütün marketlərdə çox ucuz qiymətə satılır onsuz da...Köhnə yataq dəstlərini, pərdələri, adyalları dərhal atın.

Köhnə paltarlar


Əgər siz köhnə geyiminizi ata bilmirsinizsə, onu xeyriyyə məqsədilə kiməsə verin. Geymədiyiniz paltarı saxlamayın.

Sınmış qab-qaşıq

Onlar müdafiədə zədələnməni simvolizə edir. Ona görə də diqqət etmək lazımdır ki, güzgü, qab və digər sınan əşyalar bütöv olsun!

3 ildən artıq işlətmədiyiniz bütün əşyalar

Onlar durğunluq enerjisi toplayırlar. Ona görə də sizin ətrafınızda demək olar ki, hər şey dayanır. İstifadə etməyəcəyiniz əşyaları saxlamayın.

Tayı olmayan əşyalar

Əgər sizdə eyvanda nə zamansa xoşladığınız, indi tayının olmadığı tək bir xizək və ya krossovka varsa hər şey tamamdır. Onu zibilliyə atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.

Dayanmış saatlar

Bu, çox pis əlamətdir. Ona görə də çalışın ki, evinizdəki bütün saatlar işləsin. Yox, əgər onları düzəltmək mümkün deyilsə atın getsin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi