azia.az
azia.az

Dünyanın 10 ən zəngin adamının sərvəti pandemiyada iki dəfə artıb

18-01-2022, 09:27

Dünyanın 10 ən zəngin adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırarkən bəşəriyyətin 99 faizinin gəliri azalıb.
Dünyanın 10 ən zəngin adamının sərvəti pandemiyada iki dəfə artıb
Azia.az xəbər verir ki, qlobal yoxsulluğun azaldılmasına diqqət yetirən xeyriyyə təşkilatı “Oxfam” Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində qeyri-bərabərliyə dair hesabatını açıqlayıb.
“Oxfam”a görə, pandemiyanın başladığı 2020-ci ilin martından bəri dünyanın 10 ən varlı adamının, o cümlədən Elon Mask, Ceff Bezos və Bill Qeytsin sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb. Bu göstərici onları dünyanın ən yoxsul 3,1 milyard insanından altı dəfə zəngin edir.

Koronavirus pandemiyasının milyarderlərin xeyrinə olduğunu bildirən “Oxfam”ın icraçı direktoru Qabriela Buçer səhmlərinin artması sayəsində super zənginlərin sayının artdığını da vurğulayıb.///AzərTac


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi