azia.az
azia.az

Gecə qəfildən oyandıqda necə tez yuxuya getmək olar?

17-01-2022, 11:37

Gecə qəfildən oyandıqda necə tez yuxuya getmək olar?
Müxtəlif səbəblərdən gecənin istənilən vaxtında birdən-birə oyana bilərsiniz. Bu, temperatur, narahatlıq, stres, həddindən artıq yemək kimi bir çox səbəbdən qaynaqlana bilər.

Azia.az axşam.az-a istinadən cəmi bir neçə dəqiqə ərzində yuxuya getməyinizə yardımçı olacaq 3 təsirli üsulu təqdim edir.

Beyninizi həddindən artıq yükləməkdən çəkinin

Gününüzü planlaşdırmağa başlamayın, iş və ya təhsil haqqında düşünməyin. Ən əsası heç bir şəraitdə smartfonunuzu əlinizə götürməyin. Yataqda qalmağa çalışın. Bu yaxınlarda izlədiyiniz filmin və ya oxuduğunuz kitabın bir hissəsini beyninizdə canlandırın. Bunlar da kömək etməsə, məşhur üsuldan istifadə edin, nələrisə sayın.

Ətir və ya spreydən istifadə edin

Məsələn, lavanda spreyini yastığınıza vurun. Onun ətri yuxuya getməyinizi asanlaşdıracaq və gecə boyunca oyanmamağınıza yardımçı olacaq.

Meditasiyaya cəhd edin

Tez-tez oyanmaq, yata bilməmək narahat düşüncələr yaradır. Bədən yoğun olsa da düşüncələr beyni oyaq saxlayır. Bunun üçün dərindən nəfəs almağa, düşüncələrinizi stresdən yayındırmağa çalışın. Bu da kömək etməsə, sizə yaxşı gələcək musiqi dinləyin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi