Anasının Adnan Oktara satdığı qızcığaz məhkəmədə şok faktları açıqladı - VİDEO
Anası tərəfindən 9 yaşında Adnan Oktara verildiyini deyən S.M. adlı qadın dəfələrlə məruz qaldığı zorakılıqlardan danışıb.
Xəbər verilir ki, hazırda 18 yaşı olan və heç kim ona inanmayacaq deyə əlində olan səs yazılarını məhkəməyə təqdim edən gənc qız dekolteli paltar geyindiyini və Adnan Oktarın yanına aparıldığını bildirib.
Adnan Oktarı istəmədiyi təqdirdə anası tərəfindən döyüldüyünü bildirən S.M, "Təşkilat üzvləri məni hədələyir. İndi normal yaşamaq istəyirəm", - deyə söyləyib.
2018-ci ildə qızı S.M.-i Adnan Oktarla evlənməsi üçün incidən və onu buna məcbur edən 45 yaşlı ana Dilek Ç. iki ayrı ittihamla 26 il 6 aya qədər həbs cəzası alıb.sfera.az