azia.az
azia.az

İlin son həftəsində bu bürclər sevinəcək - Eşq, pul, uğur...

28-12-2021, 15:34

İlin son həftəsində bu bürclər sevinəcək - Eşq, pul, uğur...
2021-ci ilin son həftəsində sevinəcək bürclər açıqlanıb.

Azia.az bildirir ki, bu siyahıda 5 bürcün adı yer alıb. Onlardan kimisi iş, kimisi sevgi baxımından ilin son günlərində uğur əldə edəcək.

Buğa – Ehtiraslı bürclərdən biridir. Yeni ilə sayılı günlər qalmış bu tərəfləri daha çox özünü biruzə vericək. 2021-ci ilin son günləri buğalar üçün arzulamaq və arzulanmaqla keçəcək. Uran planeti sizin bürcünüzdədir və sizdən qəlibləri qıraraq yeni şeylər yaşamağınızı istəyir. Saturn isə bürcünüzü əhatə edərək sizi əfsanəvi axtarışa dəvət edir. Əgər münasibətiniz varsa, bu ərəfədə yataq otağınıza bir az həyəcan qata bilərsiniz. Subaysızsa, yeni romantik macəraya qoşulmağa hazırlaşın. Dəyişikliklər gözləniləndir.

Xərçəng – Yeni ildə harada olmağınızdan asılı olmayaraq, sevgi sizi tapacaq. Ürəyinizi aça biləcəyiniz fürsətlər sizi gözləyir. Münasibəti olanlar bir addım da irəliləyəcəklər, işlər ciddiləşə bilər.

Əqrəb – Noyabr ayında Ay tutulması ilə başlayan dövr ilin sonunda bir az da sürətlənəcək. Şəxsi həyatınızda bəzi dəyişikliklər ola bilər. Bu dövrdə romantik əlaqələr ön planda olsa da, karyera və iş imkanları baxımından da şanslısınız. İşini böyütmək istəyən əqrəblər bir az risk edərək istədikləri uğura nail ola bilərlər.

Oxatan - Hakim planetiniz Yupiterə görə, əslində yeni ildə də kifayət qədər şanslı olmaq yolundasınız. Amma xüsusilə ilin sonunda Neptun və Mars sizə sevgi və romantikada uğur gətirəcək. Oxatan olaraq hər zaman macəraya hazırsınız. Bürcünüzdəki Mars və Neptun planeti sizi münasibətlər baxımından dəstəkləməklə yanaşı, karyera imkanlarını da qarşınıza çıxara bilər. Əgər münasibətdəsinizsə, bir az romantika əlavə etməyə çalışın. Əgər subaysınızsa, ətrafınızdakı insanlara diqqətlə baxın. Sevgi düşündüyünüz qədər uzaq deyil!

Oğlaq – Bu il sonu bütün bürclər arasında ən şanslısıdır. Hər mənada üzünüz güləcək. Sevgi və gözəllik planeti Venera mart ayına qədər bürcünüzdə olacaq. Yeni insanlar tanımaq üçün doğru zamandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi