14 fevral- "Sevgililər günü"
Azia.az xəbər verir ki, 14 Fevral Sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə sevgililər günüdür...Bəs görəsən Haradan gəlir bu Sevgililər Günü? - Sevgilər Gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Köhnə Romada 14 Fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə "Lupercalia Bayramı" başlayırdı.
Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə partner seçə bilirdilər. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və "Lupercalia Bayramı"nın ərəfə günü edilən bir çəkiliş ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı oğlanlar isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazırsa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddətinin xaricinə çıxıb evliliklə sonlanırdı.
sevgililər günü-14 fevral Müqəddəs Valentin günüdürİmperator 2-ci Claudius, Romanı öz qatı qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Ona zənnincə bu vəziyyətin tək səbəbi Romalı kişilərin eşqlərini və ailələrini buraxmaq istəməmələri idi. Elə buna görə də Romadakı bütün nişan və evlilikləri ləğv etdi. Müqqədəs Valentinedə Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş idi. Özü kimi keşiş olan Müqəddəs Marius ilə birlikdə Claudiusun qadağanına baxmayaraq gizlicə cütləri evləndirməyə davam edirdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi. Müqəddəs Valentine insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. Miladdan sonra 270-ci ilin 14 Fevralı Xristian qəbristanlığına basdırıldı.
Həmçinin bu dövrdə Romadakı bütpərəstlər, fevral ayı içində qeyd olunan "Lupercalia Bayramı"nı öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlər ilə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll tapdılar. Bu gənclərin adlarının müqəddəslərlə birlikdə xatırlanmasını istədikləri üçün "Lupercalia Bayramı"nın başladığı günü Müqəddəs Valentine Günü olaraq qeyd etməyə başladılar. O gündən hər ilin 14 Fevralı Sevgililər Günü olaraq qeyd olunmağa davam edir.
SAINT VALENTINE VƏ SEVGİLİLƏR GÜNÜ- Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının on dördündə qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Bəzi qaynaqlara görə bu xüsusi günün qeyd olunma səbəbi Xristianlığı seçdiyi və bu inancından imtina etmədiyi üçün öldürülən Romalı Əziz Valentine adı ilə bağlıdır. 14 Fevral 270-ci ilində ölən Valentinenin ölüm günü o gündən sonra Sevgililər Günü olaraq qeyd olunmağa başlanmışdır. Əfsanənin başqa bir istiqaməti isə Əziz Valentinin İmperator Claudius hökmdarlığı ilə eyni dövrdə bir məbəddə keşiş olaraq xidmət etməsi ilə əlaqədardır. Claudius Valentini əmrlərinə uyğun gəlmədiyi və özünə baş qaldırdığı üçün həbs etdirib öldürdü. Bu hadisədən 226 il sonra 496′da Papa Gelasius Əziz Valentini xatırlamaq üçün Fevralın 14′nü Müqəddəs Valentine Günü olaraq təyin etmişdir.
İllər keçdikcə yavaş yavaş Fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir gün halına gəldi. Bununla pararel olaraq Əziz Valentine də bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü daha sonra Amerikada Esther Howlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Demək olar ki, hər kəs hər il 14 Fevralda sevgilisinə və ya həyat yoldaşına sevgisini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə amma bir o qədər mənalı çiçəklər gəlir. Sevginizi alacağınız şokolad və ya göndərəcəyiniz bir kart ilə də izah etməniz mümkündür.
Qısacası bu xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və sevginizin qarşılığının olduğunu bilmək hərhalda hər şeydən daha çox əhəmiyyətlidir.
PS. Qarşıdan gələn sevgillilər gününüz mübarək olsun.
Aybəniz Abdulova