Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.
Azia.Az-ın məlumatına görə, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.
Üç illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.