"Kişi adını daşımaq hələ kişi olmaq demək deyil”-Tanınmış teleaparıcıdan SƏRT İSMARIC
AZİA.Az xəbər verir ki, bunu AZİA.az-a müsahibəsində teleaparıcı deyib. O, bildirib ki, kişidə mütləq kişilik olmalıdır:
Teleaparıcı AFAQ GƏNCƏLİ “Ən bahalı geyimim 5 min manatdır”.
“Kişidə sözünün keçərliyi, yumruğu və mənliyi olmalıdır. O, sadəcə kişidirsə, sözü keçərli deyilsə, öz mənliyi yoxdursa, onu kişi hesab etmirəm. Kişi adını daşımaq hələ kişi olmaq demək deyil”.
Əgər mənim kriteriyalarıma uyğun, istədiyim biri olarsa, ikinci dəfə ailə quraram. Ən azından, həmsöhbətim olsun, dünyagörüşümə yaxın biri olsun.
O, həmçinin kişidən gül ətrinin gəlməsini xoşlamadığını da bildirib:
“Kişilərdə siqaret və odekolonun qarışığını sevirəm. Zəhləm gedir kişidən gül ətri gələndə. Elə qadınlardan da gül ətri gələndə xoşuma gəlmir”.
Aparıcı həmçinin ucuz geyim alarkən utandığını da ifadə edib:
“Ən bahalı geyimim 5 min manatdır. Amma 30-40 manatlıq paltarlarım da var. Kimdəsə bir paltar görürəm və bəlli olur ki, sadə bir mağazadan alıb. Yəni heç brend də deyil. Yavaşca eynəyimi taxıram gözlərimə və gedib o paltardan alıram”.
AYBƏNİZ ABDULOVA