azia.az
azia.az

Həyatları boyu bir-birindən başqa heç kimlə danışmayan əkizlərin sirrini qoruyan hekayəsi - FOTOLAR

4-01-2019, 15:36

Həyatları boyu bir-birindən başqa heç kimlə danışmayan əkizlərin sirrini qoruyan hekayəsi - FOTOLAR

Azia.az xəbər verir ki, Dünyada keçmişdən bu günə insanların anlamadığı, elmin açıqlaya bilmədiyi və insanları dəhşətə salan bir çox hadisə baş verib. Belə paranormal hadisələr həmişə insanların diqqətini çəkmişdir.

“Silent twins” (səssiz əkizlər) adı ilə tanınmış əkiz bacıların hekayəsi də sirri çözülməmiş hekayələr sırasındadır.
Tək yumurta əkizləri olan June və Ceniffer 1963-cü ildə Barbadosda dünyaya gəlmişdilər. Bu əkizlər doğulduqları andan etibarən bir-birindən heç ayrılmayıblar. Böyüdüklərində isə öz aralarında heç kimin başa düşmədiyi “cryptophasia” adlı xüsusi bir dil yaradırlar.

Əkizlərin öz aralarında danışdığı bu dili ətrafdakılar başa düşmürdü. Yaşadıqları ölkədə qaradərili olması səbəbilə sıxışdırıldıqda bu dil daha da qüvvətlənir. Bununla yanaşı bir-birlərinə verdikləri anlıq reaksiyalar da təqlidə çevrilir və bacılar sanki bir-birlərinin aynası olur.


Getdikcə bir-birlərinə daha çox bağlanan əkizlər kiçik qardaşlarından başqa heç kimlə ünsiyyət qurmurlar. 14 yaşlarına çatdıqda psixoloqları onları ayırmağa qərar verir və ikisi də fərqli yataqxanalara göndərilir. Amma bu ayrılıq da onların başqaları ilə ünsiyyət qurmasına kömək etmir.

Əkizlər yenidən bir araya gəldikdə bir neçə il hər şeydən uzaq bir otağın içində qapalı qalırlar. Heç bir şəkildə başqaları ilə ünsiyyət qurmayan bacılar ən sonda belə bir qərar alırlar “Əgər bir gün onlardan biri ölərsə digəri başqaları ilə ünsiyyət quracaq və normal bir həyat yaşayacaq”.

Əkizlər özlərini otağa qapatdıqları dövrdə bir çox hekayə və romanlar da yazır. Yazdıqları hekayələrdə qəribə məqam isə o idi ki, bu hekayələrin obrazları qəribə davranışları və cinayətkar olmaları ilə seçilirdilər.

Daha sonra müxtəlif cinayətlər törədən əkizlərin bir-birlərini öldürmə cəhdləri də olmuşdu. Bacılar 14 il müddətincə ağıl xəstəxanasna məhkum olunurlar.

Xəstəxanada yüksək dozalı dərman müalicəsi alan əkizlər barədə müxtəlif mətbuat orqanlarında “dahi əkizlər danışmır” kimi xəbərlər verilir. Bu xəbər sayəsində xəbəri hazırlayan Marjorie Villes əkizlərin tək dostu olur.

Nəhayət əkizlər öz aralarında razılaşdıqları kimi ikisindən birinin ölməsinə qərar verirlər. Uzun mübahisələrdən sonra Cennifer özünü öldürməyə razı olur. Onlar bu qərarlarını yeganə dostları olan Villeslə bölüşürlər və ona “Marjorie qərar verdik. Mən öləcəm” deyə bildiriblər.

1993-cü ilin mart ayında əkizlər başqa bir xəstəxanaya köçürülərkən yolda Cennifer Junenin çiynində yatır və bir daha oyanmır. Cennifer xəstəxanaya aparılır və onun bədənində heç bir dərman və ya zəhərə rast gəlinmir. Onun ölüm səbəbi olaraq ani ürək partlaması olaraq müəyyən edilir və bunun səbəbi hələ də öz sirrini qoruyur.

Cenniferin ölümündən sonra June Villesə açıqlama edərək “ biz müharibə yorğunlayırıq. Uzun bir müharibə idi. Sonda birimiz bunu sonlandırdıq. İndi mən azadam. Onun qaranlıq kölgəsindən xilas oldum. Cennifer mənim üçün həyatından imtina etdi” deyib.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi