azia.az
azia.az

Dələduzlar nazirliyin adından vətəndaşlara “pensiya” verirlər - Bu necə olur?

7-12-2018, 12:07

Dələduzlar nazirliyin adından vətəndaşlara “pensiya” verirlər - Bu necə olur?


Azia.az xəbər verir ki, Bu mesajlar vasitəsi ilə dələduzlar insanların şəxsi hesablarına girib onlara maddi ziyan vura bilərlərmi?


Proqram təminatı üzrə mütəxəssis Mehdi Mustafayev: “Bu yolla dələduzlarmı deyək, yoxsa xakerlərmi deyək, bütün hallarda cinayətkar olan bu şəxslər vətəndaşın maaş və digər “online” bank hesablarının məlumatlarını ələ keçirə bilərlər”.

İT mütəxəssisi Elmar İsmayılov: “Məsləhət görərdim ki, vətəndaşlar göndərilən hər linkə daxil olub, müəyyən proqram və ya APP-ları yükləməsinlər. Çünki bu yükləmə onların telefonuna zərər verə bilər”.

Bir neçə gündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından vətəndaşların telefonuna “whatsapp” vasitəsilə 3405 manat məbləğində mənfəət əldə etmək hüququ barədə link göndərilir. Belə ki, məlum keçid linkində nazirliyinin rəsmi veb-saytı yerləşdirilməklə, vətəndaşlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1990-cu ildən 2018-ci ilə qədər işləyən işçilərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malik olduqları qeyd olunub.

Həmin mənfəətin əldə edilməsi üçün vətəndaş saytdakı bir neçə suala cavab verməli daha sonra isə adının müavinət almaq hüququ olan şəxslərin siyahısında olub olmadığını yoxlamalıdır. Həmin saytda yerləşdirilmiş suallara cavab verdikdən sonra sorğu nəticəsində vətəndaşa ödənəcək pulun həyata keçməsi üçün müvafiq düyməyə klik etməklə WhatsApp vasitəsilə paylaşması tələbi qoyulur. Vətəndaş həmin düyməyə klik etməklə “WhatsApp” hesabındakı əlaqələrə əvvəlcədən müəyyən edilmiş mətn və sayta keçid məlumatları digər şəxslərə göndərilir.

Vətəndaşlara göndərilən məlum keçidin həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün PİA.AZ-ın əməkdaşı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb. Nazirlikdən verilən məlumata görə, onların bu məsələ ilə heç bir əlaqələri yoxdur və vətəndaşlara göndərilən məlumat həqiqəti əks etdirmir. Eyni zamanda göndərilən linkdə nazirliyinin rəsmi veb-saytının saxta versiyası yerləşdirilib.

Bilirik ki, son dönəmlərdə bütün dünyada xakker hücumları ABŞ başda olmaqla, ən böyük dövlətlərin qlobal probleminə çevrilib. Bundan başqa xakkerlərin müxtəlif yollarla insanların hesablarından pul oğurlamaları da adi hal alıb.

Maraqlıdır ki, bu mesajı insanlara kimlər və nə üçün göndərirlər? Eyni zamanda dələduzlar bu yolla nəsə qazana bilirlərmi? Və bu mesajlar vasitəsi ilə dələduzlar insanların şəxsi hesablarına girib onlara maddi ziyan vura bilərlərmi?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kompüter proqram təminatı üzrə mütəxəssis Mehdi Mustafayev və İT mütəxəssisi Elmar İsmayılovun fikirlərini öyrənib.

Mehdi Mustafayev: “Hal-hazırda internet dünyası sahibsiz bir ev kimidir... İnternet dünyasında tam təhlükəsiz olmaq kimi bir məfhum mövcud deyil”.

Nazirlik adından vətəndaşlara göndərilən linkin xakerlərin işi olduğunu bildirən əməkdaşı kompüter proqram təminatı üzrə mütəxəssis Mehdi Mustafayevə görə bu yolla xakerlər vətəndaşın maaş və digər “online” bank hesablarının məlumatları ələ keçirə bilərlər:



“Vətəndaşlara göndərilən məlum link sadəcə virusdur. Bu virusun göndərilməsinin bir çox səbəbləri ola bilər. Xakkerlər ənənəvi olaraq, saytlar vasitəsilə insanların şəxsi hesablarına hücum edirlər ki, “whatsapp” vasitəsilə vətəndaşlara göndərilən məlumat da məhz bu qəbildəndir.

Təbii ki, məlum “mobiltechnics.com” saytındakı məbləğ vətəndaşlara verilməyəcək. Digər səbəb bu ola bilər ki, təxribatçılar dövlətlə vətəndaşı üz-üzə qoymaq istəyirlər.

Həmçinin bu yolla dələduzlarmı deyək, yoxsa xakermi deyək, bütün hallarda cinayətkar olan bu şəxslər vətəndaşın maaş və digər “online” bank hesablarının məlumatları ələ keçirə bilərlər. Vətəndaşın maaş və digər “online” bank hesablarının məlumatlarıələ keçirildikdən sonra balansından pul çəkmə və yaxud həmin hesablar vasitəsilə online alış-veriş edə bilərlər. Buna görə də vətəndaşlar onların telefonuna daxil oan bu tipli məlumatlara qarşı diqqətli olmalı və və həmin linkləri açamamalıdırlar.



Bildiyiniz kimi, hal-hazırda internet dünyası sahibsiz bir ev kimidir. Bu sahibsizlik fonunda veb torunun qorunması üçün hər il başda Microsoft olmaqla, dünyanın nəhəng proqramlaşdırma şirkətləri təhlükəsizliyi təmin tmək üçün milyardlarla vəsait ayırırlar. Lakin yenə də hər il dünyada milyardlarla vəsait online rejimdə xakkerlər tərəfindən oğurlanır. Ona görə də internet dünyasında tam təhlükəsiz olmaq kimi bir məfhum mövcud deyil.

Bir neçə ay öncə Microsoft yayılmış bir virusa görə hətta köhnəlmiş Windows əməliyyat sistemi olan Windows XP üçün belə məcburi şəkildə yenilənmə tətbiq etdi. Hətta nəhəng şirkətlər bu virusa görə milyardlarla vəsait itirdi.

Mehdi Mustafayev: “Məşhur telefon və kompüter istehsalçısı olan şirkətlər belə viruslar hazırlatdırıb internet üzərindən yayırlar ki, satdıqları məhsullar tez bir zamanda sıradan çıxsın və əhali yenisini almağa məcbur olsun”.

Əslində IKT sahəsi çox dərin bir sahədir, buna görə də ölkəmizdə yayılan məlum informasiyanın səbəbini konkret bilmək olmaz. Əsl səbəbi bilmək üçün məsələni tam ətraflı analiz etmək lazımdır, amma dediyim versiyalar da əsas səbəblər kimi görünə bilər.

Məsələyə kommersiya tərəfindən baxsaq, məşhur telefon və kompüter istehsalçısı olan şirkətlər belə viruslar hazırlatdırıb internet üzərindən yayırlar ki, satdıqları məhsullar tez bir zamanda sıradan çıxsın və əhali yenisini almağa məcbur olsun. Bu baxımdan hər il dünya əhalisinin bir neçə faizi məcburiyyət qarşısında yeni telefon ya da kompüter alır.

Microsoft və digər şirkətlər bu tip viruslar yaymaqla, öz məhsullarının satışını daha da sürətləndirirlər. Bir neçə il öncə Azərbaycanda da məşhur banklardan biri məcburi şəkildə öz təhlükəsizliyini təmin etmək üçün 1 milyon manat ayırdı. Əsas səbəb kimi bankdan bir neçə yüz min dollar vəsaitin online yolla oğurlanması göstərilmişdi”.


Elmar İsmayılov: “Çox güman ki, bu sayt müəyyən məlumatlar toplayır və ya “whatsapp” nömrələrinin qeydiyyatını aparır”.

Məlum link vasitəsilə fırıldaqçıların vətəndaşların şəxsi məlumatlarını ələ keçirməyə çalışdığını qeyd edən İT mütəxəssisi Elmar İsmayılov hesab edir ki, bu məsələdə insanları məlumatlandırmaq vacibdir:

“Öncəliklə qeyd edim ki, vətəndaşlara göndərilən linkə məxsus domen 10.10.2018-ci il tarixində qeydiyyatdan keçirilib. Çox güman ki, bu sayt müəyyən məlumatlar toplayır və ya “whatsapp” nömrələrinin qeydiyyatını aparırlar. Daha sonra isə əldə olunan məlumatlar fonunda vətəndaşları fərqli saytlara yönləndirirlər.

Həmin saytlar isə “affiliate” sisteminə qoşulub. “Affiliate” sistemi ortaqlıq sistemidir. Bu sistemə aid misal da çəkə bilərəm.

Elmar İsmayılov: “Bəzi saytlar belə trafik üçün digər sayta müəyyən mənada vəsait ödəyirlər, “mobiltechnics.com” saytı da məhz bu cür saytlardandır”.

Deyək ki, mənim saytım var və istəyirəm ki, mənim yazdığım oyunlar vətəndaşlar tərəfindən yüklənilsin. “Affiliate” sistemində olan sayt öz istifadəçilərinə unikal bir link barədə məlumat göndərir. Və qeyd edilir ki, linkə klik edən və oyun yükləyən şəxsə 10 qəpik veriləcək.


Bəzi saytlar belə trafik üçün digər sayta müəyyən mənada vəsait ödəyirlər, “mobiltechnics.com” saytı da məhz bu cür saytlardandır. Güman edirəm ki, “whatsapp” vasitəsilə göndərilən linkdəki proqramları, APP-ları yüklənən insanların sayı az deyil. Bu barədə məlumatlı olmayan həmin şəxslər fırıldaqçıların qurbanı olurlar.

Bu baxımdan məsləhət görərdim ki, vətəndaşlar göndərilən hər linkə daxil olub, müəyyən proqram və ya APP-ları yükləməsinlər. Çünki bu yükləmə onların telefonuna zərər verə bilər”.

Qeyd edək ki, mobiltechnics.com saytı 10 oktyabr 2018-ci il tarixində yaradılmış, “mobusi.com” texnoloji media şirkətinin reklam məzmunlarının yayımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir. Bununla yanaşı, məlum linkə klik etmək vətəndaşların telefonlarına virus yoluxması, eləcə də müxtəlif SMS xidmətlərinə avtomatik abunə olmasına səbəb ola bilər. Vətəndaşlardan xahiş olunur ki, internet fırıldaqçılarının toruna düşməmək üçün bu tip cəlbedici vədlər verən saytlarda qeyd olunan xidmət və təkliflərə aldanmasınlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi