azia.az
azia.az

Azər Həsrət AXCP sədrinin həbsinə münasibət bildirdi: “Dəhşətli heç nə yoxdur”

19-11-2018, 11:59

Azər Həsrət AXCP sədrinin həbsinə münasibət bildirdi: “Dəhşətli heç nə yoxdur”


“Əslində biz arzu etməzdik ki, kiminsə həbsinə səbəb olacaq hallar baş versin. Mən kadrlara baxandan sonra gördüm ki, bu adamlar həqiqətən də ziyarət məqsədilə deyil toplanmayıblar, onlar səs-küylü yürüş keçirmək niyyətində olublar”.

Bu fikirləri AZİA.AZ saytına açıqlamasında AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirərkən tanınmış jurnalist və ictimai xadim Azər Həsrət bildirib.
A.Həsrət əlavə edib ki, cəbhəçilərin keçridiyi mitinqə buna görə də polis müdaxilə etmək məcburiyyətində qalıb: “Əgər belə onların yürüş keçirmək niyyətləri var idisə, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etməli idilər. Təəssüflər olsun ki, müraciət etməyiblər və buna görə də belə bir vəziyyət yaranıb. Burda dəhşətli bir şey axtarmaq da doğru deyil . Həbs edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq və yəqin ki, inzibati cəza alacaqlar”.

Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi