Siyəzən Rayon İcra Hakimiyyəti 345 min manatdan artıq vəsait GÖRÜN HARA ayırır
Siyəzən Rayon İcra Hakimiyyəti şəhər mərkəzindəki küçə və məhəllələrin estetik görünüşünün yaxşılaşdırılması və infrastrukturun yenilənməsi məqsədilə genişmiqyaslı abadlıq işlərinə start verir.
32gun.az xəbər verir ki, Sözügedən layihənin icrası üçün nəzərdə tutulan ehtimal olunan qiymət 345.083,74 AZN təşkil edir.
Layihə çərçivəsində Siyəzən şəhərinin müxtəlif ərazilərində təmir-tikinti, küçələrin nizamlanması və məhəllədaxili sahələrin yenidən qurulması işlərinin aparılması planlaşdırılır. Bu həcmdə vəsaitin ayrılması rayonun xarici görkəminin müasirləşdirilməsi məqsədi daşısa da, görüləcək işlərin keyfiyyəti və ayrılan məbləğin şəhər infrastrukturunun real problemlərini nə dərəcədə köklü həll edəcəyi sakinlər və ictimaiyyət üçün əsas maraq doğuran məqamdır.
Hazırda satınalma prosesi çərçivəsində podratçı şirkətlərin müəyyənləşdirilməsi mərhələsi davam edir. Abadlıq işlərinin yaxın müddətdə başlanması və müvafiq qrafik üzrə yekunlaşdırılması nəzərdə tutulur.
Ayaz