Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında İyulun 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
azia.az xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, bəzi yerlərdə 37, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
İyulun 02-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
İyulun 03-dən 06-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37, bəzi yerlərdə isə 39 dərəcə isti olacağı gözlənilir.
İyulun 03-dən 07-dək bəzi rayonlarda havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 03-dən 06-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
[justify][/justify]