azia.az
azia.az

Jurnalisti söyən qoruq rəisi təcili nazirliyə çağırıldı – SON DƏQİQƏ

29-06-2017, 21:42

Jurnalisti söyən qoruq rəisi təcili nazirliyə çağırıldı – SON DƏQİQƏ


Rüfət Əhmədzadəni təhqir etdiyinə görə nazirliyə çağırılan Ramazan Çuxullayev sabiq işçisi Taliyə Muradovadan tələm-tələsik izahat alıb?

İyunun 29-da saat 18:17-də Qafqazxeber.az-da “Hüseynqulu Bağırovun işçisi jurnalisti təhqir və təhdid etdi – FOTO + ARAŞDIRMA” başlıqlı yazı dərc olunmuşdu.

Sözügedən yazıda bildirilirdi ki, barəsində redaksiyamıza bir sıra məlumatlar daxil olan Zaqatala Dövlət Qoruğunun rəisi Ramazan Çuxullayev “özündən çıxaraq”, jurnalist Rüfət Əhmədzadəni ağır şəkildə təhqir və təhdid edib.

Qoruq rəisi ondan açıqlama alan və sözügedən məsələ barədə ETSN-ə sorğu göndərən jurnalistə sonradan zəng edərək, ən nalaiq sözlərlə “hücuma” keçib.

Məlumatda bildirilirdi ki, 10-15 gün bundan əvvəl Zaqatala-Balakən ərazisində “hörmət” müqabilində ağac kəsməsinə şərait yaradılan şəxslər nadir növdən sayılan, “Qırmızı kitab”a düşmüş Piton ilanı öldürərək, bu anı “əbədiləşdiriblər”.

Həmçnin, qeyd olunur ki, bir müddət əvvəl ETSN-nin 9 saylı Regional İdarəsindən Əfqan və Kənan adlı işçilər Zaqatala qoruğu ərazisində 3 çətənə plantasiyası aşkarlayıblar, lakin onlardan ancaq ikisinin yandırılması bu əməkdaşların da narazılığına səbəb olub.

Məlumatda əlavə olunub ki, nadir heyvanların öldürülməsi və meşənin məhv edilməsiylə bağlı, Katex kənd sakinlərindən biri Heydər Əliyev Fonduna şikayət yazıb. “Lakin qoruq rəisi, vaxtilə 9 saylı Regional İdarənin rəisi olan Ramazan Çuxullayevin işini yoxlamağa onun sabiq işçiləri göndərilib. Onlar da öz keçmiş rəislərinin xətrinə dəyməyərək, Katex kənd icra nümayəndəliyindən “qondarma” bir arayış alıblar ki, guya həmin şəxs neçə ildir Rusiyadadır. Və bununla da məsələ bağlanıb”, – deyə mənbələr bildirirlər.

Ramazan Çuxullayevin əslən avar olduğunu deyən mənbələr qeyd edib ki, o, 9 saylı Regional İdarədə rəis olarkən, ətrafına avar əsilli “kadr”ları toplayıb və hətta iclasları avar dilində aparmağa başlayıb.

Maraqlıdır ki, sözügedən mövzuda araşdırma zamanı özündən də açıqlama alınan Ramazan Çuxullayev sonradan keçmiş işçisi Taliyə Muradovadan da açıqlama alındığını öyrənib və qəzəblənərək, jurnalisti təhqir və təhdid edib.

Axşam saatlarında isə redaksiyamıza məlumat daxil oldu ki, jurnalist Rüfət Əhmədzadəni söydüyünə görə, Ramazan Çuxullayev sabah saat 9-da ETSN-ə çağırılıb.

Məlumatda qeyd olunur ki, o, bu xəbərdən sonra tələm-tələsik Şəkiyə gedərək, 9 saylı Regional İdarənin əməkdaşı (R.Çuxullayev bir il əvvəl bu idarənin rəisi olub – red.) Taliyə Muradovaya dil-ağız edib və tələm-tələsik onun dilindən izahat alıb ki, rəis olduğu vaxtda iclasda avar dilində danışmayıb və heç bir qanun pozuntusuna yol verməyib.

Biz məsələni dəqiqləşdirmək üçün T.Muradovaya zəng etdik, lakin o, zənglərimizə cavab vermədi.

Sənan Məmmədli

Qafqazxeber.az

Hüseynqulu Bağırovun işçisi jurnalisti təhqir və təhdid etdi – FOTO + ARAŞDIRMA


Jurnalisti söyən qoruq rəisi təcili nazirliyə çağırıldı – SON DƏQİQƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi