Təmizlik -insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil olduğunu nəzərə alsaq Abşeron rayon Hökməli qəsəbəsindəki natəmizlik üzündən nə insan sağlamlığından, nə də ətraf mühitin təmizliyindən söhbət gedə bilməz. Saytımıza ünvanlanan müraciətdə bildirilir ki, Hökməli qəsəbə sakinləri narahat yollar və natəmiz küçələrin əlindən təngə gəlib. Məktəblə üzbəüz yerləşən zibilliyin uşaqların sağlamlığına mənfi təsirindən, qarşıdan gələn isti yay günlərində zibilliyin dəhşətverici qoxusundan narahat olduqlarını bildirən sakinlər aidiyyatı qurumların məsələ ilə maraqlanmasını tələb edir. Sakinlər zibillik və zibil qabları olmadığından məişət tullantılarını harada boş sahə görürsə, ora atdıqlarını , bunun da dözülməz qoxuya səbəb olduğunu bildirirlər. PS: Hökməlidəki zibilliyin "hökmü"nün bu qəsəbəyə göstəriləcək diqqətdən çox olmayacağına, qarşıdan gələn isti günlərdə sakinlərin, eləcə də məktəblilərin istirahət hüquqlarının bərpa olunacağına inanmaq ümidilə
azia.az Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.