Bakıda yerləşən “MusicGallery” mağazası müştərilərini aldadıb.
“Qaynarinfo” saytının yaydığı məlumata görə, mağazanın dünən elan etdiyi kampaniyanın yalan olduğu məlum olub.
Belə ki, yüzlərlə müştərini 28 Mall və Əhmədli filiallarına toplayan mağaza rəsmiləri endirim edilən məhsulların bitdiyini bildiriblər.
Müştərilər mağazanın sosial şəbəkə səhifəsində paylaşdığı fotoya yalan elan verdiyi üçün çoxsaylı şikayət və təhqirlər yazıblar.