azia.az
azia.az

Deputat itləri döyüşdürənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Bu gün, 14:10

Milli Məclisin deputatı Ceyhun Məmmədov itlərin döyüşdürülməsi zamanı çəkilən dəhşətli görüntülərlə bağlı heyvansevərlərin çağırışına qoşulub.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Allahın yaratdığı hansısa varlığa, heyvana belə kobud davranmaq, onları incitmək insanlığa sığmır, bu, böyük günahdır.

 

“Təəssüf ki, bəzi insanlar bu cür əməllərə yol verirlər, “it döyüşləri” təşkil edərək insanları ora toplamağa çalışırlar. Amma unutmamalıdırlar ki, bu varlıqları da Allah yaradıb. Onlar bu vəhşiliyə görə Allah qarşısında məsuliyyət daşıyırlar. Bu cür əməllərə son qoymalıdırlar! Heç bir vəchlə qəbul edilən əməl deyil, böyük günahdır. Dinimizin də bununla bağlı yanaşması var. Heç bir insan ona qarşı kobudluq edilməsini, incidilməsini, sərt davranılmasını istəməz. Heyvanlar da həmçinin. İt döyüşdürmək cinayətdir. İslamda hətta heyvanları kəsərkən küt bıçaqla kəsmək belə günah sayılır. Hədisdə də buyurulur ki, heyvan kəsərkən ona əziyyət verməməyə çalışın. İnsanlar bu cür əməllərdən çəkinməlidirlər. Bu cür vəhşiliklərdən uzaq olmalıdırlar. Hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, belə vəhşilik edən insanlara qarşı çox sərt tədbirlər görsünlər, onları cəzalandırsınlar. Bu, Azərbaycanın imicinə xələl gətirən davranışdır”.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi