Çin prezidenti Rusiyaya gedəcək
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Sədr Si Cinpin Moskvaya sonuncu səfərini mayın 9-da Böyük Vətən Müharibəsində Qələbə şərəfinə keçirilən təntənəli tədbirlərə təsadüf etdi. Prezident Putin isə avqustun sonu-sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar Çinə səfər edəcək”, - Lavrov Dövlət Dumasında hökumət saatında deyib.