Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İtaliyaya səfəri zamanı Romanın La Sapienza Universitetində gözlənilməz situasiya ilə üzləşib. Belə ki, universitetin tələbəsi Emin Rüstəmovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı erməni naziri çətin vəziyyətə salıb.
Tələbə soruşub ki, sizin Qarabağın müqəddəratı haqqında danışmağınız faşist Almaniyası tərəfindən keçmiş Çexoslovakiyanın Sudet vilayətinin işğalına bənzəyir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır:
“Siz İtaliyanın təcrübəsindən öyrənə bilərsiniz. İtaliyanın Trentino-Alto Adige modeli dünyada avtonomiyanın ən nümunəvi modellərindəndir və Qarabağ üçün də örnək ola bilər”.
Nalbandyan isə suala cavab vermək əvəzinə 13 dəqiqə ərzində dolaşıq fikirlər səsləndirib. Erməni tərəf görüşün videosunu paylaşanda həmin hissəni çıxarıblar, amma azvision.az görüşün səs yazısını əldə edə bilib.
Diqqət edin ki, Nalbandyan cavabında İslam Əməkdaşlıq Təşkilatını da faktiki təhqir edərək, savadsızlıqda günahlandırıb.