azia.az
azia.az

Milli Qəhrəmanların sayı 222 nəfərə çatdı, onlardan...

30-12-2024, 09:13

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Qeyd  edək ki,  dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb. 

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.

 Xatırladaq ki,  “Milli Qəhrəman” fəxri adı Prezidentin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Natiq Qasımova verilmişdi. Natiq Qasımov 1992-ci ildə Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsə­si uğrunda döyüş zamanı 5 gün ac-susuz ermənilərlə təkbaşına savaşıb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Bu qorxmaz Azərbaycan əsgərinin qəh­rəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova er­məni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib…Onun nəşinin harada torpağa basdırıldığı Azərbaycan tərəfinə məlum deyil.

Hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi