İlham Əliyev Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.
Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlandı.
ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirdi.
Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.
Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
15:06
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Cebheinfo.az"