azia.az
azia.az

Kəndlərə gedən marşrutlar “Koroğlu”ya qayıdır

29-05-2017, 12:04

Kəndlərə gedən marşrutlar “Koroğlu”ya qayıdır


“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində işlər davam etdirilir. Hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür. Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakı ətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev verib.

M.Ağayev bildirib ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri 04.04.2017 tarixində Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilmişdi. Məqsəd Oyunlar ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən “Koroğlu” metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi