“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Erməni revanşistdən SƏRT ÇIXIŞ
“Ermənistan uğursuz dövlətə çevrilib, orada savadsız, səriştəsiz bir komanda hakimiyyətdədir”.
Erməni mediasına istinadən xəbər verilir ki, bu sözlər Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyana məxsusdur.
Onun sözlərinə görə, dövlətin başında xarici qüvvələrin marionetləri oturub, onlar sadəcə olaraq sifarişləri yerinə yetirir və Ermənistanın maraqlarını təbliğ etmirlər.
“Paşinyanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Praqa Bəyannaməsini imzalamağa kim sövq edib? Biz Qarabağı itirmişik, daimi birtərəfli güzəştlərə gedirik, bunun müqabilində bizə sülh vəd olunur, lakin heç onu da verməyiblər”, - deyə Xaçikyan bildirib.
Erməni ekspertin fikrincə, bugünkü Ermənistanın ən böyük problemi ixtisaslı kadr çatışmazlığıdır.
“Hakimiyyətə tamamilə hazırlıqsız, ölkəni idarə edə bilməyən, diplomatiyanın nə demək olduğu barədə zərrə qədər də təsəvvürü olmayan insanlar gəldi. Bu müharibə bizim diplomatik uğursuzluğumuzun nəticəsi idi. Çünki hakimiyyətə küçədən müvafiq təhsili olmayan adamlar gəldi”, - deyə revanşist mövqeyi ilə tanınan Xaçikyan qeyd edib. Musavat.com