azia.az
azia.az

BU hərbçi dələduzluqla üzləşib – Prezidentə MÜRACİƏT

16-09-2024, 23:12

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, ev 51-də yaşayan Ağasalayev Vüsal Yağenali oğlu prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Mərkəzi Banka müraciət edib. Tribunainfo.az-a da göndərilən məktubu təqdim edirik:

1993-cü ildən 2014-cü ilədək Silahlı Qüvvələrdə zabit kimi hərbi xidmət keçmişəm, hərbi xidmətimin çox hissəsini düşmənlə təmas ərazilərdə keçirmişəm. 2014-cü ildə xəstəliklə əlaqədar ehtiyata buraxılmışam və mənə 2-ci dərəcə əlillik təyin edilib.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, əvvələr tanıdığım zabit Mustafayev Azər Sabir oğlu bir neçə dəfə etibarımdan sui istifadə edərək məni 2014-cü ildə aldadaraq, “xəstəm var” deyərək, “bankdan 4000 manat pul götür, mən ödəyəcəyəm” deyib, mən isə krediti götürüb verdim, lakin ödəmədi, həmin pulu tam şəkildə mən xəstə insan pensiyamdan ödədim, hazırda mənə vurduğu zərəri ödəməmişdir.
Eyni zamanda, həmin ərəfədə, yəni 2014-cü ildə məndən xahiş etdi ki, keçmiş zabit Rəcəbov Heydər Zahid (070-200-90-11) oğluna da hər ikimiz zamin duraq, kredit götürüb özü ödəyəcək, lakin bir müddət keçdikdən sonra gördüm ki, mənim pensiyamdan 800 manat məbləğ tutulur, bu zaman bir çox aidiyyatı orqanlara müraciət etdikdən sonra 14.08.2024-cü il tarixdə mənə məlum oldu ki, zamin durduğum Rəcəbov Heydər Zahid oğlu krediti ödəməyib, Xətai rayon Məhkəməsi qətnamə qəbul edib, məhkəmə saxtakarlığa yol verərək dələduz Ata Bank işçisi ilə əlbir olaraq Mustafayev Azər Sabir oğlunu zaminlikdən çıxarıb və tək məni saxlayıb.
Hazırda Ali Baş Komandan, digər bütün hüquq mühafizə və mətbuat orqanlarına müraciətim ondan ibarətdir ki, Xətai rayon Məhkəməsinin saxta qətnaməsinin ləğv edilməsi, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu və Rəcəbov Heydər Zahid oğlu barədə ciddi tədbir görülməsi və mənə dəymiş maddi və mənəvi zərərin ödənilməsidir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu yüzlərlə zabit, gizirlərə bu kimi əməlləri ilə problemlər yaradıb.

Ruslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi