Erdal Tanas Karagöl
Yeni Safak (Türkiyə), 16.05.2017
Tarixi İpək yolunun dirçəldilməsi üzrə iş başlanıb. Bu, dövr təşkil edən layihənin ilk təqdimatı 28 ölkə, o cümlədən Türkiyənin iştirakı ilə Çində baş tutub.
Bu layihə Şimal dəhlizinin Rusiya, Cənub dəhlizinin isə İran ərazisindən buraxılışını nəzərdə tutur. Layihənin Türkiyəyə aid hissəsi Türkiyə, Avropa, Orta Asiya respublikaları, Əfqanıstan və Pakistanın bu yol vasitəsilə Çinlə birləşməsinin təminatı ilə bağlıdır. Başqa sözlə, Türkiyə bu layihənin Mərkəzi dəhlizində rol oynayır.
Çinin dünyada ən böyük nəqliyyat və ticarət layihəsi qismində nəzərdən keçirilən “Bir qurşaq – bir yol” layihəsi məlum və sabit balansların hamısını dəyişmək iqtidarındadır. Layihə marşrutun salınacağı ölkələrin iqtisadi potensialını səfərbər edilməsi, həmçinin dünya iqtisadiyyatının canlanmasına onların töhfəsi ilə birbağa bağlıdır.
Eyni zamanda bu dəhliz üzv ölkələrin iqtisadiyyatına infrastruktur yatırımlarını sürətləndirdikcə onların arasında ticarət axınları da güclənəcək. Nəticə etibarilə iqtisadiyyatın həcmi üzrə ölkələrin dünya reytinqi də dəyişilə bilər.
İpək yolu layihəsi nəyi dəyişəcək?
Bütün dəhlizlərin buraxılışı və yatırım planlarının gerçəkləşməsi ilə meydana çıxan iqtisadi fəallıq üzv ölkələrə iqtisadi üstünlük təmin edəcək və hər şeydən öncə Amerikanın dünya iqtisadiyyatındakı üstünlüyünə son qoyacaq. Dünya qüvvələrin iqtisadi balansının dəyişiləcəyinə hazır olmalıdır.
Hazırda qərbdən şərqə gedən ticarət axınları istiqaməti tam əks yöndə – “şərqdən qərbə” dəyişəcək. Bu durumu Şərqin iqtisadi yarğısı kimi qəbul etmək olar.
İpək yolu layihəsinin Avropa və Asiyanın 60-dan çox ölkəsini birləşdirməyi həm demoqrafik, həm də iqtisadi baxış nöqtəsindən inteqrasiya və əməkdaşlığın yeni formalarının təməlini qoyacaq. Biz qitələrarası miqyasda əlaqələrdən danışırıq. Avtomobil, dəmiryolları, dəniz və hava limanlarının, elektrik ötürülməsi xətləri və Asiya, Avropa, Afrika qitələri və Yaxın Şərq bölgəsini bir biri ilə birləşdirən tel-optik xətlərin birləşməsi zamanı söhbət qitələrarası nəqliyyat-kommunikasiya şəbəkəsinin özülünün qoyulmasından gedəcək. Yəqin ki, ticarət, nəqliyyat, logistikanın birləşdiyi bu yol yüksək iqtisadi potensiala malikdir.
Yeni İpək yolu layihəsi çərçivəsində sürət qatarlarının hərəkət marşrutları, aeroportlar, elektrik stansiyaları və boru kəmərlərinin yaradılması yeni iqtisadi institutlar, banklar və maliyyə müəssisələrinin meydana çıxmasını sürətləndirəcək. İpək yolunun xəritəsi fəal dinamikası ilə xeyli iqtisadi proseslərdən seçiləcək.
İpək yolunun “Mərkəzi dəhlizi”: Türkiyə
Türkiyənin nəqliyyat sahəsindəki böyük yatırımları və gerçəkləşdirilən layihələr göstərir ki, ölkəmiz İpək yoluna hazırdır. Türküiyə son illərdə böyük infrastruktur yatırımları sayəsində sürət qatarları, aeroport, neft-qaz kəmərləri, yəni yeni İpək yolu layihəsinin əsas parametrləri marşrutlarının yaradılması sahəsində çox sürətlə yol keçib. “Mərmərə” tuneli və Heybətli Sultan Səlim körpüsü kimi başa çatmış və hazırda fəaliyyətdə olan layihələr bu baxımdan İpək yolunun guşə daşını formalaşdırır. Gerçəkləşdirilməsi hələ davam edən Bakı-Tiflis-Qars və Ədirnə-Qars dəmiryol layihələri isə çağdaş İpək yolu mərkəzi dəhlizinin ən mühüm dayaqları olacaq.
Türkiyə İpək yolu layihəsinin mərkəzi dəhliz ölkəsi kimi indiki anda inşası davam edən Transanadolu (TANAP) qaz kəmərinin “Türk axını”, həmçinin planlaşdırılan digər qaz kəmərlərinin reallaşdırılması ilə öz öhdəliklərini artıqlamasilə yerinə yetirəcək. Bu zaman mərkəzi dəhlizin energetika və maliyyə mərkəzi qismində xatırladılması konkret olaraq Türkiyə üçün həm Türkiyənin böyük infrastruktur layihələrinin sabitliyi, həm də İpək yolu layihəsinin uğurla gerçəkləşdirilməsindən asılıdır. Dəhlizin yaradılması başa çatarkən Çinlə Türkiyə arasında ticarət tədarükünün müddəti azalacaq və bu dəhlizin keçəcəyi ölkələr arasındakı ticarət qüvvə toplayacaq.
Bu layihədən qərbdə və şərqdə qalmış ölkələr nəzərə alınsa, ən mühüm məqamlardan biri bundan ibarətdir ki, Türkiyə qoyulmuş məqsədə – energetikda mərkəz olmaq – daha tez çatmaq imkanı əldə edəcək.
Tərcümə Strateq.az-ındır.