azia.az
azia.az

Muxtar Babayev yenə də BALTASINI İTİLƏYİB - BU NƏDİ BELƏ?!

7-05-2024, 17:08

"Bu meşəni dağıtmağa çalışırlar. 11 hektar ərazidir..." Dia-az.info bildirir ki, bunu öz müraciətində Qusar rayon sakinləri iddia kimi səsləndirib.

Muxtar Babayev yenə də BALTASINI İTİLƏYİB

Ərazinin xəritəsini də təqdim edən narazı vətəndaş daha sonra bildirir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi ərazinin sotu 3 min manatdan ev tikmək üçün satıb. Bu işdə yerli icra orqanları da iştirak edib".

Muxtar Babayev yenə də BALTASINI İTİLƏYİB

Sakinlərin sözlərindən belə anlaşılır ki, xeyli müddətdir ETSN-nin yerli idarəsi və yerli icra orqanları dişlərini itiləyərək həmin meşə massivinə tamah salıblar. Lakin məhz sakinlərin səs-küy salmasından sonra işlər dayandırıldı.

Dia-az.info bildirir ki, amma son günlər yenidən aktivləşmə var. Hər halda BÖYÜK EKOLOGİYA TƏDBİRİ tədarükündə olan hörmətli nazirimiz bu məsələyə xüsusi diqqət yetirər. Çünki ərazinin artıq ayrı-ayrı şəxslərə satıldığı söylənilir. Yəni müəyyən sənədləşmə də gedib ki, təcili müdaxilə ilə günahkarlar cəzalandırılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi