azia.az
azia.az

Ziya Məmmədovun avtomobilləri də əlindən çıxdı

12-05-2017, 11:25

Ziya Məmmədovun avtomobilləri də əlindən çıxdı


Türkiyə Ordusunun Xüsusi Təyinatlılarında xidmət edən bir zabit yüksək uğurlarına görə ona medal vermək istəyən ABŞ-ın təklifini rədd edib.
Avropa.info Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə mayın 10-da çərşənbə axşamı, İncirlik hərbi bazasında, İŞİD-lə mübarizə koalisiyasının qərargahında baş verib.
Qərargahda keçirilən mərasimdə, göstərdiyi yüksək nailiyyətlərə görə bir türk zabitinə ABŞ tərəfindən medal təqdim ediləcəkdi.
Mərasimdə çıxış edən, adı açıqlanmayan türk zabiti “Sizin verdiyiniz medalı qəbul etməyim mümkünsüzdür” deyib. Türk zabiti medalı qəbul etməməsinin səbəbi kimi ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi göstərib.
“Türkiyə olaraq gözəl işlərə nail olduğumuzu düşünürəm. Bunların ən əhəmiyyətlisi də Əl-Bab əməliyyatı zamanı heç bir mülki itki və dost atəşi ilə vurulma hadisəsinin olmamasıdır. Lakin xəritəyə baxdıqda Suriya və İraqda bu cür itkilər baş verir. Bu da Türkiyənin bu işdə doğru-dürüst olduğunu göstərir. Bu medalı verənlər mənim düşmənim olan PKK/YPG ilə əməkdaşlıq edirlər. Şərəfim bu medalı qəbul etməyimə imkan vermir” deyə türk zabiti qeyd edib.
Bundan sonra, türk zabiti tədbiri tərk edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi