Müdafiə Nazirliyindən MÜRACİƏT-TƏCİLİ
Müdafiə Nazirliyi təcili müraciət yaydı. Müraciətdə deyilir:
“Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”.
Həmçinin Müdafiə Nazirliyinin yaydığı müraciətdə bildirilir ki. “Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik” – MN-in məlumatında qeyd olunur.