azia.az
azia.az

Sahibə Qafarova: "Laçın yolu açıq olub və indi də açıqdır"

13-09-2023, 09:14

Laçın yolu açıq olub və indi də açıqdır.

 

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın baş naziri ilə görüşündə bildirib.

 

Ermənistanın Laçın yolu ətrafında apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır.

 

"Orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüququn normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək Laçın sərhəd-buraxılış məntəqəsini qurub", -deyə spiker vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi