azia.az
azia.az

Vitse-spiker Eldar Mahmudovun həbsini anons etdi

29-12-2016, 12:29

Vitse-spiker Eldar Mahmudovun həbsini anons etdiZiyafət Əsgərov: “Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq”

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun məsuliyyət məsələsindən danışıb.


Vitse-spiker son bir neçə ildə Azərbaycanda korrupsiya faktları ilə bağlı təhlükəsizlik strukturları da daxil olmaqla, yüksək rütbəli məmurların həbsi, qurumlarda islahat xarakterli addımların davam etdiriləcəyi ilə bağlı fikirlərini açıqlayıb.

“Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir.

Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var. Əlbəttə, qəbul etdiyimiz qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır. Məsələn, bu yaxınlarda ”Hərbi vəziyyət haqqında" qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək"- deyə Z.Əsgərov bildirib.

Image result for ziyafət əsgərov

APA müxbirinin “sizcə, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyırmı” sualına vitse-spikerin cavabı belə olub: “Əlbəttə daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.

Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan və rəhbərlik etdiyi qurumda həbslər gerçəkləşəndən sonra belə fikir formalaşmışdı ki, onu da həbs edəcəklər. Bu gün isə ictimai şüurda Eldar Mahmudovun həbs edilməyəcəyi, istintaqdan kənar qalacağı fikri bərqərar olub. Bunun bir sıra səbəbləri var.

Məsələn, bugünlərdə aydın oldu ki, Eldar Mahmudovun bibisi qızının yoldaşı, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” üzrə həbs edilən Beytulla Hüseynovu da həbsdən azad etmək üçün hazırlıqlar görülür. B.Hüseynovun həbsindən sonra 50-yə yaxın əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Onun məhkəmənin sonunda şərti cəza ilə azad ediləcəyi haqda da xəbərlər var. Halbuki bu gün üzə çıxan istintaq materiallarına görə Beytulla Hüseynov Eldar Mahmudovun təkidi ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilib.

Beytulla Hüseynovun xidməti otağında 34 ədəd telefon yuvası olub. Bu yuvalar ATS-lərin “Kross”una birləşdirilib ki, bu da Eldar Mahmudova Beytulla Hüseynov üzərindən də istənilən şəxsi dinləməyə imkan verib. Beytulla Hüseynov azadlığa çaxırsa, əmlakları üzərindən həbs götürülürsə, onun azadlıqda olan himayəçisi Eldar Mahmudovun həbsi nə dərəcədə real ola bilər? Məsələnin bu tərəfi də var ki, Azərbaycanda mümkünsüz görünən bir çox işlər çox rahatlıqla gerçək ola bilir. Cəmiyyətin təpkisinin olmaması məmurlara cinayətlər etmək üçün geniş areal yaradır. Ən yaxşı halda baş verənlərdən cəmiyyətimiz duyğulana və ya xəyal qırıqlığına düçar ola bilər.

Image result for Eldar Mahmudov

Parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, deputat Zahid Oruc “MTN işi”nin 1 ilinin tamamında “Yeni Müsavat”a verdiyi müsahibədə Eldar Mahmudovun həbs edilməməsinin səbəblərindən danışmışdı. “MTN əməliyyatının 1 ili - deputatdan sensasion açıqlamalar”

(http://musavat.com/news/olke/mtn-emeliyyatinin-1-ili-deputatdan-sensasion-aiqlamalar_385540.html )

sərlövhəli müsahibəsində deputat “Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz” demişdi.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi