azia.az
azia.az

"Mən düşündüm ki, hökumət Cavid Qurbanovu tikə-tikə edəcək"- Əvəz Zeynallıdan şok açıqlama

26-05-2022, 07:54


“Cavid Qurbanovla bağlı verilən qərar onun vurulmasına oxşamır”.
"Mən düşündüm ki, hökumət Cavid Qurbanovu tikə-tikə edəcək"- Əvəz Zeynallıdan şok açıqlama
Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı aparıcı Sevinc Telmanqızının sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, C.Qurbanova verilən səlahiyyətlər var: “Əvvəl yalnız dəmir yolunu dağıdırdı, amma indi digər sahələri də dağıdacaq: dənizi, oranı-buranı. Bütün nəqliyyat sistemi Cavid Qurbanova həvalə olunur. Çox qəribə bir sistemdir: Cavid Qurbanovla bağlı bu yaxınlarda maraqlı bir hadisə baş verdi. İşçiləri etiraz aksiyası keçirdi idarənin qabağında. Çünki maaşları 370 manatdan 140 manata düşmüşdü. Bu, sensasiyalı bir xəbər idi. Mən düşündüm ki, hökumət Cavid Qurbanovu tikə-tikə edəcək. Amma başımızın tacı, qürurumuzdu hökumət. Cavid Qurbanovu gətirdilər hara... “

Ə.Zeynallı xatırladıb ki, “inqilab öz övladlarını yeyir” tezisinin əksinə olaraq, Azərbaycanda hakimiyyət öz övladlarını (məmurlarını) yemir: “O məmurlar hər zaman hakimiyyətin himayəsindədir. Hakimiyyət mesaj verir ki, mən bunları işdən çıxardım, amma bunlar mənim himayəmdədir, mənlikdi. Himayədə olmayanları isə tuturlar”.

Açıqlamanın video versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi