azia.az
azia.az

Zaqatala sakinləri deputat Elşən Musayevi axtarır - ŞİKAYƏT

18-05-2022, 08:15

Zaqatala sakinləri deputat Elşən Musayevi axtarır - ŞİKAYƏT
Zaqatala rayon sakinləri 110 saylı Zaqatala seçki dairəsindən parlamentə deputat seçilən Elşən Musayevin axtarışına başlayıblar.

Bu barədə İnterpress.az-ın redaksiyasına deputatın öz seçicilərindən məlumat daxil olub.

Rayon sakinləri deputat E.Musayevi uzun müddətdir axtarsalar da, tapa bilmədiklərini bildiriblər. Ona görə də bir qrup zaqatalalı E.Musayevin doğrudan da deputat kimi fəaliyyət göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün Milli Məclis sədri xanım Sahibə Qafarovaya müraciət ünvanlamağa qərar veriblər.

Sakinlərin sözlərinə görə, deputat E.Musayev sonuncu dəfə 2020-ci ildə seçkilər dönəmində görünüb. Amma o vaxtdan sonra E.Musayevi gündüz günorta çağında çıraqla axtarmağa başlayıblar.

Seçicilər həmçinin axtarışlarının nəticəsiz qaldığını bildirərək deputat E.Musayevi tapan şəxsə mükafat vəd veriblər.

Xatırladaq ki, E.Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı kimi tanınır.

Qeyd edək ki, E.Musayev 1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olub. 2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi